Tarix: 02.08.2024 / 15:02
Azərbaycanlıların nəzərinə...   - Vətəndaşlıqdan məhrum edilə bilərsiniz

Azərbaycanlıların nəzərinə... - Vətəndaşlıqdan məhrum edilə bilərsiniz

Dövlət Duması Rusiya vətəndaşlığını almış və hərbi xidmət üçün qeydiyyatdan keçməmiş əcnəbilərin vətəndaşlıqdan məhrum edilə biləcəyi qanunu təsdiqləyib.

Diaspora.TV rus mediasına istinadla xəbər verir ki, bu qanun iyulun 31-də parlamentin Aşağı Palatasının plenar iclasında qəbul edilib.

Qanun layihəsi hərbi qeydiyyat prosedurları və vətəndaşlığın alınması prosesinin eyni vaxtda həyata keçirilməsi üçün sadələşdirilməsinə yönəlib. İclas Aşağı Palatanın portalında yayımlanıb. Sənəddən belə çıxır ki, miqrantlar hərbi qeydiyyatdan keçməsələr, Rusiya vətəndaşlığından məhrum ediləcəklər.

Bundan əvvəl Dövlət Dumasının spikeri Vyaçeslav Volodin miqrantların Rusiya vətəndaşlığını alarkən hərbi qeydiyyata alınması ilə bağlı qanun layihəsinə baxılacağını açıqlamışdı. Spikerin sözlərinə görə, sənədi deputatların əksəriyyəti dəstəkləyir.

Şərhlər

Yaz...