Tarix: 12.11.2024 / 11:05
Soydaşlarımızın nəzərinə...     - Uşaqlarınız dil bilmirsə...

Soydaşlarımızın nəzərinə... - Uşaqlarınız dil bilmirsə...

"Parlament palatasının deputatları rus dilini bilməsi sübutu olmadan miqrant uşaqların məktəbə qəbulunu qadağan edən qanun layihəsini təqdim edəcək".

Diaspora.TV Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Dövlət Dumasının sədri Vyaçeslav Volodin bildirib.

Volodinin sözlərinə görə, deputatlar miqrantların övladlarını məktəblərə yazdırarkən onların Rusiya ərazisində olmalarının qanuniliyinin yoxlanılmasını, rus dilini bilməsi üçün məcburi testlərin keçirilməsini, habelə biliklərini təsdiq edən sənəd olmadan ümumi təhsil təşkilatlarına qəbulun qadağan edilməsini təklif edirlər.

"Bununla bağlı müvafiq mövzuda qanun layihəsi təqdim olunacaq", - deyə Dövlət Dumasının sədri bildirib.






Şərhlər

Yaz...