Tarix: 11.11.2024 / 16:00
Rusiyada yaşayan soydaşlarımızın nəzərinə…    Qaydalar sərtləşdirilir

Rusiyada yaşayan soydaşlarımızın nəzərinə… Qaydalar sərtləşdirilir

Rusiya Dövlət Dumasının deputatları əcnəbilərə kirayə verilən mənzillərlə bağlı məhdudiyyətlərin tətbiqini təklif ediblər.

Diaspora.TV Rusiya mediasına istinadla xəbər verir ki, müvafiq qanun layihəsi Dövlət Dumasına təqdim edilib.

Sənəddə bildirilir ki, mülkiyyətçi öz mənzilini əcnəbiyə onun Rusiyada qanuni yolla yaşama müddətindən çox olmayan vaxt çərçivəsində kirayə verə bilər.

Qeyd olunur ki, mülkiyyət sahibləri pul qazanmaq üçün sui-istifadə edirlər. Parlamentarilərin fikrincə, yeni qaydalar problemi həll edəcək və sui-istifadə imkanlarını məhdudlaşdıracaq, həmçinin, miqrasiya qeydiyyatını asanlaşdıracaq.




Şərhlər

Yaz...