Tarix: 29.10.2024 / 17:50
Rusiyada yaşayan soydaşlarımızın nəzərinə...    Qaydalar dəyişir

Rusiyada yaşayan soydaşlarımızın nəzərinə... Qaydalar dəyişir

Dövlət Dumasının deputatları plenar iclasda qeyri-qanuni miqrasiyaya görə cəzaların sərtləşdirilməsini nəzərdə tutan qanun layihəsini üçüncü oxunuşda qəbul ediblər.

Diaspora.TV Rusiya mediasına istinadla xəbər verir ki, bu barədə Dumanın mətbuat xidməti məlumat yayıb.

Qanun layihəsində qeyd olunur ki, qanunu pozan şəxslər saxta sənədlərin hazırlanmasına və ya dövriyyəsinə, habelə miqrantların qondarma qeydiyyatına görə məsuliyyət daşıyacaqlar. Bu, iki ildən altı ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq.

Qanun layihəsinin müəllifləri bir qrup şəxs tərəfindən cinayət törətmək məqsədilə həyata keçirilən qeyri-qanuni miqrasiyanın təşkilinin xüsusilə ağır cinayət kimi təsnifləşdirilməsini də təklif ediblər. Bunun üçün 8 ildən 15 ilədək həbs cəzası, 3 milyondan 5 milyon rubla qədər cərimə, habelə vəzifə tutmaq hüququndan məhrumetmə nəzərdə tutulur.


Şərhlər

Yaz...