Tarix: 16.10.2024 / 13:19
Rusiyada yaşayan soydaşlarımızın nəzərinə...    - Kvota azaldılır

Rusiyada yaşayan soydaşlarımızın nəzərinə... - Kvota azaldılır

Rusiya hökuməti 2025-ci ildə əcnəbilərin ölkədə müvəqqəti yaşaması üçün 5,5 min icazə sayında kvotanı təsdiqləyib.

Diaspora.TV xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

“2025-ci ilə qədər xarici vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə Rusiya Federasiyasında 5,5 min müvəqqəti yaşamaq icazəsinin verilməsi üçün kvota müəyyən edilsin. Bu kvota təsis qurumları tərəfindən paylansın”, - sənəddə qeyd olunub.

Qeyd edək ki, kvota 2024-cü illə müqayisədə demək olar ki, yarıya endirilib.


Şərhlər

Yaz...