Tarix: 15.08.2024 / 20:15
Rusiyada işləyən soydaşlarımızın nəzərinə ...    - Qaydalar dəyişir

Rusiyada işləyən soydaşlarımızın nəzərinə ... - Qaydalar dəyişir

Rusiya sərhədində miqrantlar üzərində biometrik nəzarətin tətbiqi planlaşdırılır.

Diaspora.TV rus mediasına istinadla xəbər verir ki, müvafiq qanun layihəsi avqustun 14-də Dövlət Dumasına təqdim edilib.

Təklif olunan qanun Rusiya Federasiyasının dövlət sərhədini keçərkən hər iki kateqoriyadan olan miqrantlar üçün mütləq barmaq izi və fotoşəkil çəkdirməyi tələb edir.

Əvvəllər əməkçi miqrantlar ölkəyə daxil olduqdan sonra patent və ya iş icazəsi üçün müraciət edərkən 30 gün ərzində barmaq izi və fotoşəkil çəkilişindən keçməli idilər. 90 gündən çox müddətə işləmək məqsədi ilə gələn əcnəbilər ölkəyə daxil olduqdan sonra 90 gün ərzində biometrik qeydiyyatdan keçiblər.

Şərhlər

Yaz...