Tarix: 28.08.2024 / 22:16
Vətəndə baş verən prosesləri yaxından izləyirik    – Diaspor sədri

Vətəndə baş verən prosesləri yaxından izləyirik – Diaspor sədri

“Azərbaycanın demokratik ənənələrə söykənən seçki təcrübəsi bütün dünya tərəfindən qəbul edilir. Sentyabrın 1-də Milli Məclisə keçiriləcək seçkilərdə növbəti dəfə bu ənənənin şahidi olacağıq”.

Diaspora.TV xəbər verir ki, bunu “Seçki 2024” Müstəqil Media Mərkəzinə açıqlamasında “Moskva vilayəti azərbaycanlılarının milli-mədəni muxtariyyəti” regional ictimai təşkilatının sədri Elşən İbrahimov bildirib.

Diaspor təşkilatının sədri bildirib ki, Rusiyada yaşayan azərbaycanlılar Vətəndə baş verən prosesləri yaxından izləyir:

“Parlament seçkilərinə hazırlığın yüksək səviyyədə aparıldığını müşahidə edirik. Seçkiləri izləmək üçün çoxsaylı beynəlxalq müşahidəçinin qeydiyyatdan keçməsi Azərbaycana böyük diqqətin göstəricidir. Bu diqqət Rusiya ictimaiyyətində də hiss olunur. Hesab edirəm ki, sentyabrın 1-də beynəlxalq diqqət daha da artacaq və Azərbaycanın bütün dünyaya demokratik seçki nüməsi sərgiləyəcək”.

Elşən İbrahimov qeyd edib ki, sentyabrın 1-də Milli Məclisə keçiriləcək seçkilərin azad olunmuş ərazilərdə də keçirilməsi tarixi hadisədir:

“Azad olunmuş ərazilərdə səsvermə hüququ ilk dəfə bu ilin fevral ayının 7-də keçirilən Prezident seçkilərində təmin edildi. Sentyabrın 1-də səsvermə hüququ Qarabağda və Şərqi Zəngəzurda növbəti dəfə təmin olunacaq”.

Diaspor fəalı ümid etdiyini bildirib ki, sentyabrın 1-də baş tutacaq seçkilərdən sonra formalaşacaq parlament Azərbaycanın inkişafına mühüm töhfə verəcək.



Şərhlər

Yaz...