Tarix: 16.06.2024 / 11:50
Azərbaycanlı bloger   məsuliyyətə cəlb oluna bilər

Azərbaycanlı bloger məsuliyyətə cəlb oluna bilər

Rusiyada yaşayan azərbaycanlı bloger Hüseyn Həsənov vergi ilə bağlı məsuliyyətə cəlb oluna bilər.

Diaspora.TV "Mash” teleqram kanalına istinadən xəbər verir ki, Moskva Vergi Müfəttişliyi bu barədə müvafiq iddia qaldırıb.

Blogerin Federal Vergi Xidmətinə 144 milyon rubl (təxminən 2 milyon 748 min manat) məbləğində borcu yığılıb. Vergi orqanları H.Həsənovun dörd bankdakı hesablarını bloklayıb.

Qeyd edək ki, hazırda Hüseynin Rusiyada olmadığı bildirilir.


Şərhlər

Yaz...