Tarix: 26.09.2024 / 14:48
Rusiyada yaşamaq istəyənlərin nəzərinə....   Yeni qadağa

Rusiyada yaşamaq istəyənlərin nəzərinə.... Yeni qadağa

Rusiya vətəndaşlığı və ya miqrasiya statusu almaq istəyən şəxslərdən imtahandan keçmək haqqında arayış olsa belə, rus dilini bilmələrini təsdiqləmələri tələb olunacaq.

Diaspora.TV rus mediasına istinadla xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi İrina Volk Telegram kanalında məlumat verib .

“Rusiya Federasiyasında miqrasiya statusu almaq və ölkəmizin vətəndaşlığına qəbul zamanı xarici vətəndaşlardan rus dilini bilmələrini təsdiqləmələri tələb olunur”, - deyə Volk bildirib.

Volk qeyd edib ki, Daxili İşlər Nazirliyinin əməkdaşları vaxtaşırı rus dilini ümumiyyətlə bilməyən, lakin bu dili bilmək sertifikatı olan əcnəbilərlə görüşür. Üç il ərzində hüquq-mühafizə orqanları bu əsasda təxminən 14 min miqranta Rusiyada yaşamaq və işləmək üçün sənəd verməkdən imtina edib.

Qeyd olunur ki, dil bilməyən əcnəbilərdən miqrasiya statusu ilə bağlı müraciətlər qəbul edilməyəcək. Bundan başqa, Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qondarma imtahanların keçirilməsi faktları da araşdırılır.


Şərhlər

Yaz...