Tarix: 21.08.2024 / 13:40
Rusiyada vətəndaşlıq almaq   neçəyədir?

Rusiyada vətəndaşlıq almaq neçəyədir?

Rusiyada vətəndaşlıq almaq üçün saxta nikaha girməyin qiyməti bəlli olub. Belə ki, Sankt-Peterburqda Rusiya vətəndaşlığı almaq üçün 42 yaşlı əcnəbi 56 yaşlı yerli sakinlə nikah bağlayıb. Prokurorluq nikahın etibarsız sayılmasını tələb edir.

Diaspora.TV xəbər verir ki, bu barədə idarənin mətbuat xidmətindən məlumat verilib.

“Miqrant Rusiya vətəndaşlığını almaq üçün 30 min rubl pul haqq ödəyib”, - deyən şəhər prokurorluğunun mətbuat xidməti qeyd edib ki, bir müddət əvvəl Sankt-Peterburq polisi Apraksin Dvorda miqrasiya reydləri keçirib.

Onlar 100-dən çox xarici qanun pozucusunu saxlayıblar. Ən ciddi pozuntulara görə, onlar Rusiyadan çıxarılacaq, ardınca ölkəyə girişləri qadağan ediləcək.

Şərhlər

Yaz...