Tarix: 14.11.2024 / 15:30
Rusiyada nikaha daxil olmaq istəyən soydaşlarımızın nəzərinə...   - Yeni qaydalar tətbiq olunur

Rusiyada nikaha daxil olmaq istəyən soydaşlarımızın nəzərinə... - Yeni qaydalar tətbiq olunur

Rusiya Ədliyyə Nazirliyi yeni təkliflə çıxış edib. Təklifdə bildirilir ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı orqanlarının əməkdaşları yeni nikaha daxil olmaq istəyən bütün əcnəbilərin Rusiya Federasiyasının ərazisində qalmasının qanuniliyini yoxlamalıdırlar.

Diaspora.TV xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Söhbət ilk növbədə Rusiya Federasiyasının qanunlarını pozan digər dövlətlərin vətəndaşlarından və vətəndaşlığı olmayan şəxslərdən gedir.

Deportasiyası planlaşdırılan şəxslər haqqında məlumat nəzarət olunan şəxslərin reyestrinə daxil edilir. Onlara deportasiya anına qədər nəzarət olunur.

Hüquqi şəxslərin, fərdi sahibkarların dövlət qeydiyyatına alınması da qadağandır. Eyni zamanda, daşınmaz əmlakın, avtomobillərin , digər növ avadanlıqların alınması və qeydiyyatı, sürücülük vəsiqəsi imtahanlarının verilməsi qadağan olunub.

Artıq qanunun icrasını təmin etmək üçün əsasnamələr qəbul edilir.


Şərhlər

Yaz...