Tarix: 30.09.2024 / 10:45
Rusiyada müvəqqəti yaşayan azərbaycanlılara    sərt xəbərdarlıq

Rusiyada müvəqqəti yaşayan azərbaycanlılara sərt xəbərdarlıq

Bu gün Rusiya qanunvericilik fəaliyyəti üzrə hökumət komissiyası qeyri-qanuni miqrasiyaya görə məsuliyyəti sərtləşdirən üç təşəbbüsə eyni vaxtda baxacaq. Bu sənədlərə artıq müsbət rəylər verilib. Birinci təşəbbüs Rusiyada qeyri-qanuni qalmanın hər hansı cinayətin törədilməsində ağırlaşdırıcı hal olacağını nəzərdə tutur. İkincisi, qeyri-qanuni miqrasiya məqsədilə sənədlərin saxtalaşdırılmasına görə hüquqi şəxslərin inzibati məsuliyyətini artırır - onları 5 milyondan 10 milyon rubla qədər cərimə gözləyir. Üçüncü sənəd qeyri-qanuni miqrasiyanın təşkilinə görə cəzanı sərtləşdirir.

Diaspora.TV xəbər verir ki, Dövlət Dumasının spikeri Vyaçeslav Volodin söz verib ki, onların hamısı çərşənbə axşamı parlamentə təqdim olunacaq. O, həmçinin bildirib ki, hüquq-mühafizə orqanlarının məlumatlarına görə, Rusiyada 630 mindən çox qeyri-leqal miqrant var və 2024-cü ildə onların törətdiyi cinayətlərin sayı üç dəfə artıb.

Qeyd edək ki, sentyabrın sonunda daxili işlər nazirinin birinci müavini Aleksandr Qorovoy mediaya müsahibəsində Rusiya Federasiyasının ərazisində qeyri-qanuni yaşayan əcnəbilərin arasında çoxluq təşklil edən xalqların nümayəndələrindən danışarkən, azərbaycanlıların da adını çəkmişdi. Onun sözlərinə görə, 2024-cü ilin 8 ayı ərzində açılmış cinayətlərin ümumi sayında əcnəbilər, o cümlədən ölkədə qanuni mövcud olanlar tərəfindən törədilən cinayətlərin xüsusi çəkisi 4,2 faizə yaxın olub.

Şərhlər

Yaz...