Tarix: 18.08.2024 / 19:39
Rusiyada miqrantlar arasında cinayətkarlıq     azalıb

Rusiyada miqrantlar arasında cinayətkarlıq azalıb

Rusiyada əcnəbilər tərəfindən törədilən cinayətlərin sayında azalma qeydə alınmaqda davam edir.

Diaspora.TV xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi İrina Volk özünün Telegram kanalında məlumat verib.

“2024-cü ilin 7 ayının yekunlarına əsasən cinayətlərin sayında 5 faizə yaxın azalma qeydə alınıb. Qanunsuz hərəkətlər edən miqrantların sayı 3,1% azalıb”, - deyə İ.Volk bildirib.

İ.Volk əlavə edib ki, miqrantlar tərəfindən törədilən ağır və xüsusilə ağır cinayətlərin sayı 9,2%, cinsi toxunulmazlığa qarşı cinayətlər - 2,5%, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı qanunsuz hərəkətlər isə 21,7% azalıb.

"Rusiya Daxili İşlər Nazirliyinin həyata keçirdiyi tədbirlər xarici vətəndaşlar tərəfindən törədilən cinayətlərin sayında azalma tendensiyasını möhkəmləndirməyə imkan verib", - Volk bildirib.

Şərhlər

Yaz...