Tarix: 19.07.2024 / 14:50
Rusiyada “gizli miqrant həbsxanaları və məktəbləri”

Rusiyada “gizli miqrant həbsxanaları və məktəbləri”

Başqırdıstanda təhlükəsizlik qüvvələri qeyri-qanuni “dini məktəbi” bağlayıb. Məktəbdə iki Tacikistan vətəndaşının 16 uşağa qarşı vəhşicəsinə zorakılıq edirmiş. Uşaqlar artıq xilas olunub və həyatları üçün təhlükə yoxdur. Lakin vəziyyət bir sıra problemləri üzə çıxarıb...

Cinayət işi

Sosial şəbəkələrdə müşahidə kameralarının görüntüləri yayılıb: Ufanın Leninski rayonunda bir kişi evlərdən birinin girişinə daxil olur. Onun arxasında yeddi azyaşlı var. Sonradan məlum olub ki, Məhəmmədəmin və Şahmod kirayədə yaşadıqları iki otaqlı evdə 4-16 yaş arasında 16 uşağı saxlayıblar. Orada onlara işgəncə verilib.

Yerli teleqram kanallarının məlumatına görə, uşaqları rezin çubuqlarla döyüblər, qızdırılan dəmirlə damğalayıblar, barmaqlarını sındırıblar. Və bu barədə valideynlərinə danışmaq qadağan edilib.

Bir yeniyetmə qaça bilib və yaxınlıqdakı mağazadan kömək istəyib. Başqırdıstan Daxili İşlər Nazirliyinin mətbuat xidməti bildirib ki, hadisə ilə bağlı ilk məlumat xəstəxanadan 4 saylı polis bölməsinə daxil olub. Söhbət döyülmə izləri olan 14 yaşlı uşaqdan gedir. İstintaq Komitəsinin müstəntiqləri və Daxili İşlər Nazirliyinin əməliyyatçıları gecə saatlarında uşaqları azad etmək üçün əməliyyat keçirib və iki Tacikistan vətəndaşını saxlayıblar. Faktla bağlı “Qanunsuz olaraq azadlıqdan məhrum etmə”, “İşgəncə”, “Yetkinlik yaşına çatmayan uşağın tərbiyəsi üzrə öhdəlikləri yerinə yetirməmə” maddələri ilə cinayət işi başlanıb.

Məhəmmədəmin və Şahmod 2020-ci ildə Rusiya Müsəlmanları Mərkəzi Ruhani İdarəsinin (RİİM) Rusiya İslam Universitetinə daxil olublar. İki il sonra zəif akademik göstəricilərə görə qovulublar. Sonra həmin miqrantlar “məktəb” təşkil ediblər. Valideynlər elə biliblər ki, onlar övladları İslam təhsili müəssisəsi olan mədrəsəyə göndərirlər. “Mədrəsədə”ki ən gənc "tələbə"nin 5 yaşı var imiş.

“Müəllim”lər pullu xodmət göstəriblər. Qonşularında şübhə doğurmamaq üçün bir neçə dəfə mənzil dəyişiblər.

Dinşünas Roman Silantiyev qeyd edib ki, Ufada akkreditasiyadan keçmiş dövlət təhsil müəssisələri ilə bağlı problem yoxdur. Başqırdıstanda çoxlu qanuni müsəlman təhsil müəssisələri var. Qanuna tabe olan miqrantlar onlarla maraqlanır. Qanunsuz olanlar isə görünür, öz həyatlarını yaşayırlar: cəmiyyətə inteqrasiya etmirlər, öz restoranlarını, kinoteatrlarını açırlar”, - deyə ekspert izah edir. “Onların da mədrəsəsi var, orada hər şey ola bilər”. Bu, artıq baş verib - uşaqlar nəinki döyülüb, hətta zorlanıblar. Belə yerlərdə pedofillər çoxdur – mədrəsə adı altında fahişəxanalar yaradırlar”.

Xilas edilən uşaqların valideynlərinin hamısı miqrasiya qanunlarını pozaraq Rusiyada yaşayırlar. Ola bilsin ki, məhz buna görə övladlarını qeyri-qanuni məktəbə göndəriblər.

Qanunsuz məktəblər

Rusiyanın digər rayonlarında da qeyri-qanuni mədrəsələr aşkarlanıb. Məsələn, 2023-cü ilin mayında Sankt-Peterburqda belə məktəb bağlanıb. Bu məktəbdə dərs deyən Türkiyə, Azərbaycan və Tacikistan vətəndaşları olan üç “müəllim” - saxlanılıb. Faktla bağlı Rusiya Cinayət Məcəlləsinin 117-ci maddəsinin (“İşgəncələr”) 7 ilədək həbs cəzası nəzərdə tutan ikinci hissəsi ilə iş açılıb.

Şərhlər

Yaz...