Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastırkinin miqrantlara qarşı nifrəti sərhəd tanımır. Onun son vaxtlar verdiyi tapşırıqlar yüksək çinli dövlət məmurunun qeyri-ruslara qarşı nifrətindən və islamafob xislətindən xəbər verir.
Diaspora.TV xəbər verir ki, Bastırkinin bu gün verdiyi daha bir ədalətsiz qərar iddialarımızı əyani sübut edir.
Belə ki, onun rəhbərlik etdiyi Rusiya İstintaq Komitəsi Rostov vilayəti, Batayskda hərbçinin qətlində iştirakda təqsirləndirilən, lakin kifayət qədər dəlillər tapılmadığından yüngül cəzanı nəzərdə tutan maddə ilə ittiham edilən azərbaycanlının cəzasının ağırlaşdırlması barədə göstəriş verib.
RF İstintaq Komitəsi Rostov vilayəti üzrə İstintaq İdarəsi müstəntiqinin Batayskda Hərbi Dairənin əməkdaşının qətli ilə bağlı maddəni yumşaltmaq qərarını ləğv edib. Bu barədə Rusiya İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb. Komitə ittihamın ağırlaşdırılması barədə göstəriş verib.
Sosial şəbəkələrdə bildirilir ki, 2023-cü ildə Batayskda Silahlı Qüvvələrin əməkdaşının qətlində iştirakda təqsirli bilinən Azərbaycan Respublikası vətəndaşının hərəkətləri daha yüngül cinayətlə tövsif edilib. Bundan əlavə, sayt bildirir ki, istintaq münaqişənin bütün iştirakçılarının kimliyini də hələ müəyyən edə bilməyib.
Xatırladaq ki, bu, qeyri-ruslara qarşı qərəzli qərarın verildiyi birinci hal deyil. Son bir ayda Rusiya mediasında belə xəbərlərə tez-tez rast gəlinir.