Tarix: 14.11.2024 / 19:12
Rusiyada azərbaycanlıya 16 il həbs    cəzası verildi

Rusiyada azərbaycanlıya 16 il həbs cəzası verildi

Rusiyanın Ryazan şəhər məhkəməsi xüsusi amansızlıqla törədilmiş qətldə ittiham olunan Azərbaycan vətəndaşı ilə bağlı hökm çıxarıb.

Diaspora.TV xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, cinayət 2008-ci ildə kafedə əyləşən iki şəxs arasında yaranan münaqişə səbəbindən baş verib. Onlardan biri Azərbaycan vətəndaşını bıçaqlayıb.

Hadisədən sonra zərərçəkmişin yaxını bir qrup tanışı ilə cinayəti törədən şəxsdən qisas almaq üçün ona 25 bıçaq zərbəsi endirərək ölkədən qaçıb.

Sonradan həbs olunan cinayətkarlara məhkəmə 16 il həbs cəzası verib.



Şərhlər

Yaz...