Tarix: 29.08.2024 / 18:00
Rusiyada azərbaycanlı terrorçuluğa görə    həbs edildi

Rusiyada azərbaycanlı terrorçuluğa görə həbs edildi

Yekaterinburq Mərkəzi Dairə Hərbi Məhkəməsi Rusiya Federasiyasının vətəndaşı olan azərbaycanlını terrorizmi təbliğ etməkdə və ona bəraət qazandırmaqda ittiham edərək 18 il müddətinə azadlıqdan məhrum edib.

Diaspora.TV xəbər verir ki, FSB-nin Tümen vilayəti üzrə İdarəsinin mətbuat xidmətindən bildirilib ki, o, bunu qətlə görə cəzasını çəkərkən edib və azadlığa çıxdıqdan dərhal sonra saxlanılıb.

Həmin şəxs Rusiya Federasiyasının Tümen vilayəti üzrə Federal Təhlükəsizlik Xidməti tərəfindən Xantı-Mansi Muxtar Dairəsi - Yuqra üzrə Daxili İşlər Nazirliyi ilə əməkdaşlıqda, habelə DİN Müdirliyinin SOBR-nin qüvvələrinin dəstəyi ilə saxlanılıb.

Azərbaycanlı internetdən istifadə edərək terror fəaliyyətini təşviq etmək və terrorçuluğa açıq şəkildə bəraət qazandırmaq maddələri ilə təqsirli bilinib.

Hökm qanuni qüvvəyə minib.

Onun cəzasının ilk 6 ilini həbsdə, qalan müddətini isə xüsusi rejimli koloniyada keçirəcəyi qeyd olunur.


Şərhlər

Yaz...