Tarix: 05.07.2024 / 12:04
Rusiyada azərbaycanlı boksçu ömürlük yarışlardan uzaqlaşdırıldı   - QALMAQAL

Rusiyada azərbaycanlı boksçu ömürlük yarışlardan uzaqlaşdırıldı - QALMAQAL

Rusiya Boks Federasiyası azərbaycanlı boksçu Cavid Rzayevi qalmaqaldan sonra ömürlük idmandan uzaqlaşdırıb.

Diaspora.TV xəbər verir ki, azərbaycanlı boksçu Cavid Rzayev Rusiya Boks Federasiyasının himayəsi altında keçirilən yarışlardan ömürlük kənarlaşdırılıb.

Bundan əvvəl Rusiya Boks Federasiyası C.Rzayevin vaxtını dəqiqləşdirmədən diskvalifikasiya edildiyini elan edib, həmçinin onun təhqiramiz ifadələri ilə bağlı Baş Prokurorluğa müraciət edib.

"Hardcore" FC Liqası da azərbaycanlı döyüşçünü cəzalandırıb.

Qeyd edək ki, mayın 22-də Moskvada keçirilən "Hardcore" FC promo-turnirində C.Rzayev rusiyalı Sergey Prixodkonu məğlub edib. Bundan sonra o rəqibi Artur Kulinskini “rus donuzu” adlandıraraq mübahisə edib və dava salmağa cəhd göstərib. Daha sonra Rzayev Kulinskidən üzr istəyib, həmçinin rus xalqını incitmək istəmədiyini qeyd edib.

Diaspora.TV


Şərhlər

Yaz...