Tarix: 13.08.2024 / 15:22
Rusiyada 60-dan çox miqranta vətəndaşlıq verdilər,  həbs olundular

Rusiyada 60-dan çox miqranta vətəndaşlıq verdilər, həbs olundular

Polis məmuru qanunsuz miqrasiya kanalı təşkil etməkdə təqsirli bilinir.

Diaspora.TV Rusiya KİV-nə istinadən xəbər verir ki, cinayət işinin istintaqı Rusiya İstintaq Komitəsinin Çelyabinsk vilayəti üzrə İstintaq İdarəsinin xüsusilə mühüm işlərin araşdırılması üzrə ikinci şöbəsinin əməkdaşları tərəfindən tamamlanıb.

Təqsirləndirilən şəxs Rusiya Daxili İşlər Nazirliyinin Çelyabinsk vilayəti üzrə Baş İdarəsinin Miqrasiya Məsələləri İdarəsinin mütəxəssis-eksperti olub.

Faktla bağlı “qanunsuz miqrasiyanın təşkili”, “rüşvət alma”, “vəzifə səlahiyyətlərini aşma”, “sənədlərə bilə-bilə yalan məlumatların daxil edilməsi, qanunsuz olaraq Rusiya Federasiyasının vətəndaşlığını əldə etmə” maddələri ilə cinayət işi başlanıb. Bundan əlavə, qanunsuz miqrasiyanın təşkilində ittiham olunan daha üç Cənubi Ural sakini müttəhimlər kürsüsündə olacaq.

Rusiyanın Çelyabinsk vilayəti üzrə İstintaq İdarəsi bildirib ki, dəstə 2021-ci ilin noyabrından 2023-cü ilin dekabrına qədər cinayət törədib. Hüquq-mühafizə orqanının əməkdaşı və onun əlaltıları 60-dan çox miqrantın qanunsuz olaraq vətəndaşlıq almasına köməklik edib. Əcnəbilər üçün qondarma əmək müqavilələri hazırlanıb, digər sənədlər saxtalaşdırılıb.

Cinayətləri Rusiya FSB-nin Çelyabinsk vilayəti üzrə idarəsinin əməkdaşları aşkar ediblər.

Şərhlər

Yaz...