Tarix: 08.07.2024 / 10:05
Rusiyada 3 milyon soydaşımız var, amma vahid təşkilat yoxdur…   - Rauf Zeyni

Rusiyada 3 milyon soydaşımız var, amma vahid təşkilat yoxdur… - Rauf Zeyni

“Rusiyda təxminən 3 milyon soydaşımız var, amma vahid təşkilat yoxdur ki, bu insanları yönəltsin”.

Bu sözləri Diaspora.TV-yə "Bakı Resurs Mərkəzi" İctimai Birliyinin sədri Rauf Zeyni deyib. R.Zeyni vurğulayıb ki, Rusiyada azərbaycanlı soydaşlarımızın fəaliyyəti tənzimlənməlidir:

“Eyni zamanda ehtiyac olduğu halda onların hüquqlarını da müdafiə etməlidir. Bu məsələlər təhlil olunmalı və gücləndirilməlidir. Biz diaspora fəaliyyətindən güclü lobbiçilik fəaliyyətinə keçməliyik. Avropada Avro-Atlantika Azərbaycanlıları Tərəfdaşlıq Şurası yaradılıb və biz də orada təmsil olunuruq. Bu baxımdan bizim belə təşkilatlara böyük ehtiyacımız var”.

R.Zeyni qeyd edib ki, Azərbaycanın haqq səsini dünyaya çatdırmasında diaspor təşkilatlarının köməyi böyükdür:

“Nə qədər tədbirlər keçirilir, amma bunlar azdır. Niyə? Çünki bizim ehtiyaclarımız böyükdür, səsimizi dünyaya çatdırmaq üçün görüləsi işlərimiz çoxdur. Ona görə də öz sözünü dünyada deyə bilən güclü Azərbaycan diasporuna və o cümlədən Azərbaycan Türk diasporuna ehtiyacımız var. Həmçinin digər türk dövlətlərinin də bu prosesə inteqrasiya olunması vacibdir. Bunlar millətimiz, dövlətimiz naminə birgə fəaliyyət göstərməlidir”.

R.Zeyni Azərbaycanın böyük diaspor təşkilatlarının olduğunu xatırladıb:

“Biz 60 milyon dünya azərbaycanlılarıyıq. Bunun 40 milyonu Güney Azərbaycanda, 500 mini Borçalıda yaşayır. Bu baxımdan Diasporla İş üzrə Dövlət Komitəsi diasporların fəaliyyətini tənzimləyir, müəyyən mənada istiqamətləndirir, yönəldir”.

Jalə
Diaspora.TV

Şərhlər

Yaz...