Tarix: 13.06.2024 / 19:50
Rusiyada 18 yaşlı gənci güllələyən     azərbaycanlı axtarılır

Rusiyada 18 yaşlı gənci güllələyən azərbaycanlı axtarılır

Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlı kişi 18 yaşlı gənci pnevmatik tapança ilə vurub.

Hadisə iyunun 12-nə keçən gecə baş verib. Şəhərdə bir qrup yeniyetmə ilə azərbaycanlı 39 yaşlı İsmət Əzimov arasında münaqişə yaşanıb. Bu zaman Əzimov onlardan birini güllələyib. Əməliyyatçılar xəsarət alan gənc və onun dostlarını müəyyən edərək, cinayət işi açıblar.

Qeyd olunur ki, İsmət Əzimovu hələ də saxlamaq mümkün olmayıb. Hazırda onun axtarışları davam edir.

Müstəntiqlər Rusiya Federasiyası Cinayət Məcəlləsinin 213-cü maddəsilə (xuliqanlıq) cinayət işi açıblar. İstintaq Komitəsinin Sverdlovsk vilayəti üzrə İstintaq İdarəsindən bildiriblər ki, “Hazırda hadisənin bütün hallarının müəyyən edilməsi, sübutlar bazasının toplanması və möhkəmləndirilməsi istiqamətində tədbirlər həyata keçirilir”.

Müttəhim Rusiya vətəndaşıdır, Daxili İşlər Nazirliyinin regional Baş İdarəsi əlavə edib./Lent.az

Şərhlər

Yaz...