Dekabrın 10-da Rusiya ordusu Ukraynanın Xarkov vilayətinin Zlatopol şəhərinə raket zərbəsi endirib.
Diaspora.TV xəbər verir ki, bu barədə Ukrayna vilayət hərbi idarəsinin rəisi Oleq Sinegubov şəxsi Telegram kanalında məlumat yayıb.
“Rusiya bir neçə dəfə hücum həyata keçirib. Ümumilikdə 10 nəfər yaralanıb. İlk zərbə bank təşkilatının yaxınlığında qeydə alınıb. Bu zaman, qeyri-yaşayış binaları və mülki avtomobillər zədələnib, 8 yerli sakin yaralanıb. Rusiya təkrar raket zərbəsi nəticəsində inzibati binaya ziyan vurub, 2 qadın yaralanıb, daha 6 nəfər xəstəxanadadır”,- deyə Sinegubov qeyd edib.