Tarix: 03.11.2024 / 13:00
Rusiya vətəndaşı dörd azərbaycanlıya    görə tutuldu

Rusiya vətəndaşı dörd azərbaycanlıya görə tutuldu

Rusiyanın Leninqrad vilayəti üzrə İstintaq Komitəsi Volosovski rayonundan olan fərdi sahibkara qarşı cinayət işi üzrə istintaqı başa çatdırıb.

Diaspora.TV Rusiya mediasına istinadən xəbər verir ki, o, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 322.3-cü maddəsi (Rusiya Federasiyasında xarici vətəndaşınin yaşayış yerində qondarma qeydiyyatı) üzrə 4 epizodla ittiham olunur.

İstintaq Komitəsinin regional idarəsindən verilən məlumata görə, istintaq müəyyən edib ki, bu il təqsirləndirilən şəxs Volosovodakı ofisində dörd nəfər Azərbaycan vətəndaşını öz yaşayış ünvanında daimi yaşamaq faktını təmin edərək, qondarma qeydiyyata alıb. Onlar faktiki olaraq qeyd edilən ünvanda yaşamasalar da nəticədə qeyri-qanuni miqrasiya üçün qeydiyyata alınıblar.

İstintaq sübut bazası toplayıb, təsdiq edilmiş ittiham aktı ilə cinayət işi mahiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilib.

Şərhlər

Yaz...