Tarix: 21.12.2024 / 14:26
Rusiya Ukraynanın tibb müəssisəsinə    hücum edib

Rusiya Ukraynanın tibb müəssisəsinə hücum edib

Dekabrın 21-də Rusiya ordusu Ukraynanın Xerson vilayətində yerləşən tibb müəssisəsinə aviasiyadan hücum edib.

Diaspora.TV xəbər verir ki, bu barədə Xerson vilayəti hərbi administrasiyasının rəhbəri Aleksandr Prokudin Telegramda məlumat verib.

“Xəstələr və tibb işçiləri xəsarət almasa da, binaya ciddi ziyan dəyib. Bu, mülki əhaliyə qarşı yönəlmiş növbəti terror aktıdır”, - deyə o, bildirib.




Şərhlər

Yaz...