Tarix: 27.10.2024 / 19:20
Rusiya Ukraynada döyüşən gürcülərə     qiyabi həbs cəzası verib

Rusiya Ukraynada döyüşən gürcülərə qiyabi həbs cəzası verib

Oktyabrın 25-də Rusiyanın işğalı altında olan Donetsk vilayətinin məhkəməsi 28 yaşlı Gürcüstan vətəndaşı Georgi Kinoianini qiyabi olaraq təqsirli bilib və Rusiyanın Ukraynaya qarşı müharibəsində Ukrayna tərəfində hərbi əməliyyatlarda iştirak etdiyinə görə 7 il müddətinə azadlıqdan məhrum edib.

Diaspora.TV xəbər verir ki, Rusiyanın TASS xəbər agentliyinin məlumatına görə, o, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 359-cu maddəsinin 3-cü hissəsi ilə təqsirli bilinib.

Kinoiani 2022-ci ildə Rusiyanın Ukraynanı işğalından sonra könüllü olaraq Gürcüstan Milli Legionuna qoşulub. Rusiyada “legion” terror təşkilatı kimi tanınır və onun əsgərləri muzdlu sayılır. Bununla belə, “legion” rəsmi olaraq Ukrayna Silahlı Qüvvələrinin bir hissəsi kimi tanınır.

“Kinoiani müxtəlif hərbi təmas nöqtələrində Ukrayna tərəfində döyüş əməliyyatlarında iştirak edib. Muzdlunun aldığı mükafatın məbləği təxminən 155 min rubla bərabərdir", - TASS Rusiya Baş Prokurorluğunun bəyanatına istinadən belə yazır.

Bundan əvvəl Rusiya daha bir legion üzvü Rusudan İvaneişvilini qiyabi olaraq mühakimə edib və ona Rusiya Cinayət Məcəlləsinin eyni maddəsi ilə 13 il müddətinə azadlıqdan məhrumetmə cəzası kəsib.

Şərhlər

Yaz...