Rusiya-Ukrayna arasında gedən döyüşlərdə daha bir azərbaycanlı həlak olub.
Diaspora.TV xəbər verir ki, bu barədə Avropa Azərbaycanlıları Media Platforması məlumat yayıb.
Xarkov istiqamətində gedən döyüşlərə qatılan Goranboy rayon, Nadirkənd sakini Şəhriyar Cəlilovun noyabrın 17-də həlak olduğu bildirilir.
Hazırda soydaşımızın meyiti Ukrayna tərəfinin nəzarəti altında olduğu üçün onu oradan çıxarmaq mümkün deyil.
Rusiya Silahlı Qüvvələrinin tərkibinə könüllü qoşulan Ş.Cəlilovun əvvəllər Azərbaycan Daxili Qoşunlarında baş-leytenant kimi xidmət keçdiyi iddia olunur.