Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) diplomları tanınmayan və ən çox imtina alan ali təhsil müəssisələrinin siyahısını yayıb.
Diaspora.TV TKTA-ya istinadən xəbər verir ki, siyahı ali təhsil müəssisəsi üzrə minimum 30 müraciət nəzərə alınaraq, edilən müraciətlərdən 30% və ondan artıq imtinaları əhatə edib.
Sözügedən məsələdə mənfi qərarların səbəbləri kimi akkreditasiyasız ali təhsil müəssisəsi, təhsil alınan ölkənin ərazisində təhsilin normativ müddətindən az olması, dövlət nümunəli olmayan diplom, təhsil forması, tədris yükünün normativdən az olması göstərilib.