Tarix: 09.10.2024 / 12:00
 Rusiya tatar jurnalisti     beynəlxalq axtarışa verdi

Rusiya tatar jurnalisti beynəlxalq axtarışa verdi

“Rossiya-1” kanalının keçmiş teleaparıcısı, terrorçu və ekstremistlər siyahısına daxil edilmiş Fəridə Kurbanqaleyeva Rusiya ordusunun hərəkətləri barədə “saxta məlumatlar yaydığına görə” beynəlxalq axtarışa verilib.

Diaspora.TV rus mediasına istinadla xəbər verir ki, Kurbanqaleyeva Rusiyadan kənarda olduğu üçün ona qarşı qiyabi ittiham elan olunub.

Qeyd edək ki, milliyətcə tatar olan məşhur jurnalist xanım hazırda Praqada yaşayır. 2018-2021-ci illərdə Praqada “Cari vaxt” kanalında xəbərlərin və xüsusi verilişlərin aparıcısı işləyib. Rusiyanın 2022-ci ilin fevralında Ukraynaya müdaxiləsini pisləyib. 2024-cü ilin yanvarında o, öz YouTube kanalını açıb. Həmçinin, "Prague Castle" telegram kanalını idarə edir.

Şərhlər

Yaz...