Tarix: 11.07.2024 / 11:01
Rusiya şou-biznesinin gözəli   Azərbaycandan ötrü darıxır

Rusiya şou-biznesinin gözəli Azərbaycandan ötrü darıxır

Rusiya şou-biznesinin bənzərsiz gözəllərindən sayılan aktrisa Yuliya Mixalkova Azərbaycana gəlmək arzusu ilə alışıb yanırmış.

Diaspora.TV xəbər verir ki, bu barədə onun özü Moskva-Baku saytına müsahibəsində deyib.

“Mən çox istəyirəm ki, Azərbaycana gəlim, Abşeron Milli Parkını ziyarət edim, Şah-dilində gəzim”, - deyən aktrisa orada falminqolara rast gələcəyinə ümid etdiyini söyləyir və əlavə edir ki, əgər belədirsə, o zaman Bakıya biletləri elə bu gün alacağam.

Çoxdandır Bakıda olmadığını deyən Rusiya gözəli ayda bir dəfə onun dostlarından kiminsə Azərbaycana gəldiyini, istirahət və gəzmək üçün nə qədər böyük imkanlar olduğunu söyləyir:

“Məsələn, mən bu qış Rusiya ilə sərhəddən çox da uzaq olmayan Şahdağ dağ - xizək kurortu haqqında onlardan öyrəndim. Buradan belə nəticəyə gəldim ki, bütün il boyu ora tətilə getmək olar. Mən əvvəllər tez-tez Azərbaycana uçurdum və bakılıların mehribanlığını, qonaqpərvərliyini indi də xatırlayıram. Bakıya hər gələndə özüm üçün yeni və xüsusi bir şey tapırdım. Ona görə də mütləq özümlə xatirə kimi suvenirlər gətirməyə çalışırdım”.

Yulya Mixalkova əvvəl Bakıya niyə tez-tez gəldiyinin səbəbini, yaxud məqsədini açıqlamayıb.


Şərhlər

Yaz...