Tarix: 28.10.2024 / 10:11
Rusiya qaraçı icmasını necə    “sosiallaşdırır”?

Rusiya qaraçı icmasını necə “sosiallaşdırır”?

Rusiyanın Çelyabinsk vilayətinin qubernatoru Aleksey Teksler taksi sürücüsü Yelena Manjosovanın qətli ilə bağlı oktyabrın 24-dən başlayan iğtişaşların davam etdiyi Korkino şəhərində vəziyyətlə bağlı iclas keçirib.

Diaspora.TV Rusiya mediasına istinadla xəbər verir ki, cinayətdə şübhəli bilinən şəxs qaraçı icmasının 17 yaşlı nümayəndəsidir.

Qadının dəfnindən sonra keçirilən iclasda qubernator “qaraçıları sosiallaşdırmaq” üçün reydlər keçirmək barədə göstərişlər verib.

İclasdan sonra qubernatorun tapşırıqlarının siyahısını vilayət hökumətinin mətbuat xidməti dərc edib. İclasda hüquq-mühafizə orqanlarının nümayəndələri, eləcə də Korkinski bələdiyyə dairəsi administrasiyasının əməkdaşları iştirak ediblər.

"Mən Korkinsky bələdiyyə dairəsi administrasiyasının və bütün ərazi orqanlarının fəaliyyətindən ciddi narazılığımı bildirmək istəyirəm", qubernator deyib. Onun sözlərinə görə, yerli hakimiyyət “bu vəziyyətdən dərs almalıdır”.

Rayon rəhbəri isə bu məsələni rayon Təhsil Nazirliyi ilə birlikdə həll etməyi administrasiyanın sosial bölməsinə tapşırıb. Mətbuat xidmətinin məlumatından belə çıxır ki, tapşırığı icra edənlər bu məsələ ilə bağlı təkliflərini cənab Tekslere təqdim etməlidirlər.
İcmanın sosiallaşmasının necə aparılacağı, reydlərin bu məsələyə dəxlinin nə olduğu barədə isə heç bir açıqlama verilməyib.

Şərhlər

Yaz...