Tarix: 04.08.2024 / 17:20
Rusiya polisindən növbəti “əcnəbi ovu”   - VİDEO

Rusiya polisindən növbəti “əcnəbi ovu” - VİDEO

Rusiya polisi Krasnodar diyarında Anap rayonunun “Pionerskiy” prospektindəki inşaat sahəsinə qəfil basqın edib. Məqsəd qeyri-qanuni işləyən miqrantların aşkar edilməsi olub.

Diaspora.TV xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Krasnodar diyarı üzrə Baş İdarəsindən bildiriblər.

Tikintidə Qırğızıstan, Tacikistan, Özbəkistan, Konqo və Kamerundan olan əcnəbilər çalışıb.

Yoxlama zamanı icazəsiz işləyən və Rusiyada qanunsuz yaşayan 12 miqrant müəyyən edilib.

Hazırda inzibati protokollar tərtib edilib. Yaxın vaxtlarda qeyri-qanuni miqrantlar ölkədən çıxarılacaq.

Şərhlər

Yaz...