Tarix: 01.11.2024 / 09:40
Rusiya polisi Krımda yaşayan   10 yaşlı ukraynalını cinayətkar hesab edir

Rusiya polisi Krımda yaşayan 10 yaşlı ukraynalını cinayətkar hesab edir

Krım Daxili İşlər Nazirliyinin saytında verilən məlumata görə, təhlükəsizlik qüvvələri Saki şəhərində 10 yaşlı məktəblinin TikTok-da yayımladığı videoda Rusiya ordusunu nüfuzdan saldığını aşkar ediblər.

Diaspora.TV Rusiya mediasına istinadla xəbər verir ki, söhbət qızın Ukrayna bayrağının yanına ürək və başı sarğılı emoji, Rusiya bayrağının yanına isə qəzəbli sifət stikeri qoyduğu qısa videodan gedir. Təhlükəsizlik qüvvələri bu cür hərəkətlərin Rusiya hərbçilərini təhqir etdiyi qənaətinə gəliblər.

Qız hələ 14 yaşına çatmadığına görə məsuliyyətə anası cəlb edilib. 38 yaşlı qadına qarşı yetkinlik yaşına çatmayanların saxlanması və tərbiyəsi üzrə vəzifələri yerinə yetirmədiyinə görə protokol tərtib edilib. İş azyaşlıların İşləri üzrə Komissiyaya həhvil verilib. Komissiya anaya cərimə tətbiq edilib-edilməməsi ilə bağlı qərar çıxaracaq.

Şərhlər

Yaz...