Tarix: 08.08.2024 / 22:10
Rusiya polisi cinayətdə yenə  miqrant izi axtarır

Rusiya polisi cinayətdə yenə miqrant izi axtarır

Rusiyada şəxsiyyəti hələ müəyyənləşdirilməmiş cinayətkarlara “miqrant” adının qoyulması artıq ənənə halını almaqdadır.

Diaspora.TV Rusiya KİV-nə istinadən xəbər verir ki, Nijni Novqorod şəhərində hələ kimin tərəfindən törədildiyi bəlli olmayan daha bir cinayətin hansısa naməlum miqrantın həyata keçirdiyi barədə məlumatlar tirajlanır.

Məlumata görə, sözügedən şəhərdə orta məktəb şagirdi kitabxanadan evə qayıdarkən naməlum şəxsin hücumuna məruz qalıb. 13 yaşlı qızın anası bildirib ki, qızı kitabxanadan evə qayıdırmış. Qız taxta pilləkənlərlə enərkən naməlum şəxs ona arxadan hücum edib:

"O, dirsəyi ilə qızın boğazından yapışaraq onu kollara doğru çəkib, qışqıranda isə ağzını ovucu ilə bağlayıb, sonra isə boynundan tutub".

Qızı hücum edənin əlindən yerli sakin xilas edib, sonra onu evə qədər müşayiət edib.

Qurbanın anası hüquq-mühafizə orqanları ilə əlaqə saxlayıb, qız təcavüzkarı əcnəbi kimi təsvir edib, polis onun şəxsiyyətini müəyyənləşdirir.

Rusiya KİV-i tərəfindən yayılan məlumata “bundan əvvəl Primoryedəki istirahət mərkəzində miqrant yatmış rus qadını zorlamağa cəhd edib” cümləsi də əlavə olunub.


Şərhlər

Yaz...