Tarix: 30.07.2024 / 23:05
 Rusiya miqrantlara qarşı hərbi çağırış  qaydalarını sərtləşdirir

Rusiya miqrantlara qarşı hərbi çağırış qaydalarını sərtləşdirir

Rusiya Dövlət Duması Rusiya vətəndaşlığını yeni qəbul etmiş kişilərin hərbi xidməti yerinə yetirməsinə nəzarətin gücləndirilməsi imkanını müzakirə edir.

Diaspora.TV xəbər verir ki, hərbi xidmət müddətinin iki ilədək və hərbi xidmətə çağırış yaşının artırılması da nəzərdə tutulub.

Bundan əlavə, Dövlət Dumasının spikeri Vyaçeslav Volodin miqrantların hərbi qeydiyyatı haqqında qanun layihəsinin hazırlanmasını təklif edib. Bu məsələ iyulun 29-da Duma Şurasının iclasında müzakirə olunub. Rusiya vətəndaşlığını almaq üçün şərtlərdən birinin Rusiya vətəndaşının pasportunun verilməsi ilə eyni vaxtda baş tutacaq məcburi hərbi qeydiyyat olacağı gözlənilir.

Bu arada Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkinin miqrantlar əleyhinə “səlib yürüşü” əndazə tanımır. Komitənin sədri bu dəfə miqrantlara qarşı humanizm nümayiş etdirən məmurları hədəfə alıb. Məsələn, o, Odintsovo şəhərində miqrasiya qanunvericiliyinin icrası ilə bağlı “səhlənkarlıq” edən məmuların işindən narahatçılıq ifadə edib. İstintaq Komitəsindən bildirilir ki, belə məmurlara qarşı artıq Rusiya Cinayət Məcəlləsinin 293-cü maddəsi (səhlənkarlıq) ilə iş də açılıb.

Şərhlər

Yaz...