Tarix: 30.07.2024 / 12:59
Rusiya məhkəməsi  azərbaycanlıya qarşı ədalətsiz qərar çıxarıb

Rusiya məhkəməsi azərbaycanlıya qarşı ədalətsiz qərar çıxarıb

Rusiya Federasiyası Vladimir şəhər məhkəməsi 1997-ci il təvəllüdlü Azərbaycan vətəndaşına qarşı hökm oxuyub.

Təqsirləndirilən şəxs 2023-cü il noyabrın 13-də Vladimir şəhəri Verxnyaya Dubrova küçəsində qanunsuz olaraq ladin ağacını kəsib. Yoldan keçən Vladimir sakini ona irad bildirib, bundan sonra təqsirləndirilən şəxs ona hədələyib. Yerli sakinin müraciəti əsasında həmyerlimiz həbs olunub.

Məhkəmə müstəntiqin təqdimatı əsasında təqsirləndirilən şəxs barəsində həbs-qətimkan tədbiri seçib.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Diaspora.TV xəbər verir ki, bu barədə məlumatı dərc edən “Moskovskiy komsomolets” saytı belə, hökmü təəəcüblə qarşılayaraq materialı bu sualla bitirib:

“Bir ağacı kəsməyə və kobudluğa görə il yarım həbs... çox sərt deyilmi?

Şərhlər

Yaz...