Tarix: 07.10.2024 / 18:40
Rusiya mediasında növbəti uydurma:   Diaspora güvənib satıcını döydülər

Rusiya mediasında növbəti uydurma: Diaspora güvənib satıcını döydülər

Rusiya mediası xarici vətəndaşların mağazaların birində iğtişaş törətməsi barədə xəbər yayıb. Fövqəladə hadisə gecə saatlarında Novosibirskdəki pərakəndə satış məntəqələrindən birində baş verib. Miqrantlar siqaret və spirt almağa qərar veriblər. On doqquz yaşlı satıcı qadın müştərilərə satışda siqaret olmadığını söyləyib.

Diaspora.TV Rusiya mediasına istinadla xəbər verir ki, guya xaricilər problem yaratmağa başlayıb və sonra mübahisəyə mağazanın sahibləri qoşulub. Miqrantların işçiləri döyüb, gənc satıcı xanım isə xəstəxanaya aparılıb.

Hücum edənlər özlərinin zərərçəkmiş oluğunu idda edib.

Rusiya mediası isə antimiqrant nifrəti bir az da körükləyərək guya həmin şəxlsərin rusları söydüyünü iddia edib və əlavə olaraq bildirilib ki, əcnəbilər onlara heç nə olmayacağını, çünki problemlərinin diaspor tərəfindən həll ediləcəyini bildiriblər.

Belə bir hadisənin baş verdiyini yazan media nədənsə münaqişə törədənlərin kimliyini, hansı ölkədən olduğunu yazmağı “unudublar”.

Qeyd edək ki, Rusiya mediasında belə uydurma materialların sayı getdikcə artır.

Şərhlər

Yaz...