Tarix: 12.09.2024 / 08:30
Rusiya mediası daha bir azərbaycanlını   “qaraladı”

Rusiya mediası daha bir azərbaycanlını “qaraladı”

Həştərxan vilayətində 18 yaşlı Azərbaycan Respublikası vətəndaşı barəsində cinayət işi başlanıb. 

Diaspora.TV rus mediasına istinadla xəbər verir ki, gənc ehtiyatsızlıqdan insan ölümü ilə nəticələnən yol hərəkəti qaydalarını pozmaqda şübhəli bilinir. 

Rusiya mediasının iddiasına görə, avtomobili idarə edən gənc piyada keçidində azyaşlı uşağı vurub. 15 yaşlı Axtubinsk qəsəbə sakini yolu piyada keçidində keçirmiş və iddiaya görə, qəzadan sonra sürücü hadisə yerini tərk edib.

Yeniyetmə xəstəxanaya aparılıb. Həkimlər həştərxanlının həyatı üçün mübarizə aparsalar da, onu xilas edə bilməyiblər. Uşaq aldığı xəsarətlərdən reanimasiyada dünyasını dəyişib.

18 yaşlı sürücü saxlanılıb. Regional İstintaq Komitəsinin mətbuat xidmətinin verdiyi məlumata görə, hazırda həbs qətimkan tədbirinin seçilməsi məsələsinə baxılır.

Göründüyü kimi, qəzanın gənc azərbaycanlı sürücü tərəfindən törədilməsi hələ sübut olunmayıb.  Rusiya mediası isə hadisə barədə xəbəri “18 yaşlı azərbaycanlı bir uşağı piyada keçidində vuraraq qaçıb, uşaq ölüb” başlığı altında tirajlayıb. Rusiya mediasının qeyri-ruslara qarşı belə qərəzli münasibəti, nifrət körükləməsi adi hala çevrilib. 

Miqrantların ən xırda hərəkətini mikroskopla izləyəyərək “qarışqadan fil düzəldən” Rusiya İstintaq Komitəsi isə rus saytlarının qeyri-ruslara qarşı nifrət toxumu səpən, onları gözdən salan materialları görmək istəmir.

Şərhlər

Yaz...