Tarix: 05.01.2025 / 19:57
Rusiya KİV-ndə anti-Azərbaycan təbliğatı  daha da kəskinləşib   - Politoloq

Rusiya KİV-ndə anti-Azərbaycan təbliğatı daha da kəskinləşib - Politoloq

"Bayram tətillərinə baxmayaraq Qərb mediasında 8 gündür Azərbaycan prezidentinin tezisləri tirajlanır".

Diaspora.TV xəbər verir ki, bu barədə məlumatı politoloq Yeganə Hacıyeva verib.

Y.Hacıyeva qeyd edib ki, Qərb mediası Azərbaycan prezidentinin fikirlərini ölkə daxili mediadan daha proffesional arqumentlərlə şərh edir.

Onun fikrincə, Rusiya KİV və media müstəvisində də əsas gündəm Azərbaycandır:

"Ənənəvi anti-Azərbaycan şəbəkəsinin təbliğatı 3 gündür daha da kəskinləşib.

Son illər Rusiya mediası üçün xarakterik olan arqument və intelekt zəifliyində bu təbliğat fərdlərə yönəlik təhqir elementləri ilə çirkli aparılır.

Rusiya media müstəvisində təxminən “antiAliyev propoqandasında kim daha uzağa gedə bilər” yarışı gedir".

Şərhlər

Yaz...