Tarix: 21.09.2024 / 05:19
Rusiya kibercinayətkarları    Ukrayna diasporuna  hücum edib

Rusiya kibercinayətkarları Ukrayna diasporuna hücum edib

Finlandiyadakı Ukrayna Assosiasiyası (UAF) fırıldaqçıların Telegram sosial şəbəkəsində saxta səhifələr və saxta internet saytı yaratmaq üçün onun brendindən istifadə etdiyini bildirib.

Diaspora.TV xəbər verir ki, “UYS Kassa” adlı Telegram kanalı yaradaraq, UAF-ın loqotipimindən və vebsaytından, sosial mediadakı digər materiallardan istifadə edərək yalandan özlərini Finlandiyadakı Ukrayna Assosiasiyasının (UAF) / Ukrainalaisten Yhdistys Suomessa (UYS) rəsmi kanalı kimi təqdim ediblər.

Ukrayna ictimaiyyəti insanlara kanala abunə olmamağı, hər hansı linkə klikləməməyi, təqdim olunan hesablara pul göndərməməyi və şəxsi məlumatlarını paylaşmamağı tövsiyə edir.

“Bu kanalda yayılan məlumatlar yalandır. Həmçinin xatırladırıq ki, UAF loqosu və brendindən icazəsiz istifadə etmək qadağandır”, - deyə məlumatda bildirilir.

Araşdırma zamanı məlum olub ki, hadisə Rusiyada qeydiyyatdan keçmiş və Rusiya platformasından istifadə edilməklə hazırlanmış resursla bağlıdır.

UAF, həmçinin Finlandiyanın rəsmi rabitə kanallarında Ukrayna Assosiasiyasının siyahısını təqdim edib.

Qeyd edək ki, ötən ilin iyul ayında da fırıldaqçılar UWC veb-saytının ingilis dilindəki versiyasının surətini yaratmış və burada bütün dünyada Ukrayna icmaları üçün nəzərdə tutulmuş NATO sammiti materialları adı altında zərərli faylları yaymışdılar.

Şərhlər

Yaz...