Tarix: 26.07.2024 / 21:10
Rusiya İstintaq Komitəsi sədri  azərbaycanlılara qarşı niyə qərəzlidir?

Rusiya İstintaq Komitəsi sədri azərbaycanlılara qarşı niyə qərəzlidir?

Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin Rostovda əlil kişi və onun qoca anasının döyülməsi faktı ilə bağlı cinayət işinin yenidən başlanmasına göstəriş verib.

Diaspora.TV xəbər verir ki, bu barədə TFR İnformasiya Mərkəzi öz Telegram kanalında məlumat yayıb.

Qeyd edək ki, sözügedən hadisə 2024-cü ilin martında baş verib. Belə ki, azərbaycanlılar 71 yaşlı təqaüdçünü və onun əlil oğlunu döyməkdə təqsirli bilinirdilər. Faktla bağlı cinayət işi açılmış və təqsirkar müəyyən edilərək həbs olunmuşdu.

Lakin Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin Rusiyanın Rostov vilayəti üzrə İstintaq Komitəsinin rəhbəri Aslan Xuadaya cinayət işinin yenidən başlanmasını və onun istintaqının gedişi və nəticələri barədə hesabat təqdim etməyi tapşırıb. Əsas kimi də guya zərərçəkənlərin məhkəmənin qərarından narazı qalması və yenidən şikayət vermələri götürülür.

Əslində Rusiya qanunlarına görə, məhkəmənin qərarı ilə razılaşmayan tərəf apellyasiya şikayət verməlidir.


Şərhlər

Yaz...