Tarix: 16.06.2024 / 22:52
Rusiya hökuməti   rus dilini məcburi öyrədəcək

Rusiya hökuməti rus dilini məcburi öyrədəcək

Rusiyada hökumət prezidentin tapşırığı ilə Təhsil Nazirliyi tərəfindən hazırlanmış dövlət dili siyasəti konsepsiyasını təsdiqləyib.

Diaspora.TV xəbər verir ki, konsepsiya rus dilinin dövlət dili kimi “xüsusi statusunu”, dil müxtəlifliyinin qorunmasının vacibliyini vurğulamaq və “rus dilinin qorunması və inkişafı üçün” mexanizmlərin yaradılması məqsədini daşıyır.

Təhsil naziri Sergey Kravtsovun sözlərinə görə, sənəd “ölkəmizin mədəni müxtəlifliyinin qorunmasında və ənənəvi mənəvi-əxlaqi dəyərlərin ötürülməsində birləşdirici element olmaq kimi rus dilinin xüsusi missiyasını” əks etdirir.

"Konsepsiya Rusiya xalqlarının danışdığı bütün dillərin - yəni 155-dən çox dilin qorunması üçün tədbirləri ehtiva edir. İndi milli dillərə dəstək Rusiyanın Dövlət Dil Siyasəti Konsepsiyasında ayrıca sahə kimi təsbit olunacaq”, - deyə Kravtsov vurğulayıb.

Konsepsiya əcnəbilərin və onların yetkinlik yaşına çatmayan uşaqlarının rus dilini uğurla mənimsəməsi üçün şərtləri əks etdirir, həmçinin xaricdə yaşayan vətəndaşların rus dilini öyrənmək hüquqlarının təmin edilməsi vəzifələrini müəyyən edir.

Şərhlər

Yaz...