Tarix: 31.10.2024 / 11:22
Rusiya hökuməti:     “Kartofun qiyməti Azərbaycanın sayəsində ucuzlaşacaq”

Rusiya hökuməti: “Kartofun qiyməti Azərbaycanın sayəsində ucuzlaşacaq”

Rusiyada artıq üçüncü həftədir kartofun maya dəyəri artıb, məhsul yığımı isə demək olar ki, başa çatıb.

Diaspora.TV Rusiya mediasına istinadən xəbər verir ki, oktyabrın 8-dən 14-dək bu ölkədə tərəvəzin qiyməti 1,3%, oktyabrın 15-dən 21-dək 2%, oktyabrın 22-dən 28-dək isə daha 3,1% artıb.

Ümumilikdə ilin əvvəlindən kartofun maya dəyərində 54,7% artım müşahidə olunub. Bəzi rayonlarda pərakəndə satış qiymətlərində də artım qeydə alınıb. Kənd Təsərrüfatı Nazirliyinin ilkin məlumatına görə, bu il məhsul 15 faiz az olub. İstehsalçılar qiymət artımını anomal hava şəraiti, eləcə də əkin sahələrinin azalması ilə izah edirlər.

Qiymət artımının qarşısını almaq üçün Kənd Təsərrüfatı Nazirliyi də bir sıra tədbirlər həyata keçirir. O cümlədən, 2025-ci ilin mart ayından kartofun rüsumsuz idxalı üçün kvota formasında güzəştin müəyyən edilməsi təklifinin Avrasiya İqtisadi Komissiyasına (AİK) baxılması üçün təqdim edilməsi planlaşdırılır”, - deyə mətbuat xidmətindən bildirilib.

"Bu il görünməmiş çətin hava şəraitinə baxmayaraq, kartof məhsulunun 2022-ci il səviyyəsində olacağı gözlənilir. Dost ölkələrdən - ilk növbədə Misir və Azərbaycandan alınan məhsulun hesabına yerli təlabat ödəniləcək”, - nazirlikdən əlavə edilib.
Məlum olduğu kimi, Azərbaycan kartofla bağlı daxili tələbatını ixrac hesabına ödəyir və Rusiyanın müvafiq qurumlarının sözügedən açıqılaması bu konteksdə təəccüb doğurur.

Şərhlər

Yaz...