Tarix: 14.10.2024 / 12:01
Rusiyada ifrat şovinizm cəmiyyətə də təsir edib   - STATİSTİKA

Rusiyada ifrat şovinizm cəmiyyətə də təsir edib - STATİSTİKA

Rusiyalıların 80%-i hesab edir ki, regionlarda həddən artıq çox miqrant yaşayır. RBC yazır ki, bu qənaətə işə qəbul xidmətlərindən birinin mütəxəssisləri keçirdikləri sorğuların nəticəsində gəliblər.

Diaspora.TV Rusiya mediasına istinadla xəbər verir ki, bu fikirdə olanların sayının il ərzində 21% artığı da müəyyən olunub.

Qeyd olunur ki, bu cavabı əsasən nəqliyyat və logistika, avtomobil biznesi, təhlükəsizlik və tikinti sahəsində çalışanlar verib. Həmçinin bildirilir ki, respondentlərin 62%-i miqrant əməyinin Rusiyaya zərər vurduğunu düşünür.

Sorğu iştirakçılarının 12%-i əmək miqrantlarının sayını adekvat hesab edir. Digər 4% daha çox ola biləcəyini söyləyib. Bu fikri İT sektorunda, pərakəndə ticarətdə, turizmdə, ictimai iaşə və xammal hasilatı sahəsində çalışan ruslar bölüşürlər.

Həmçinin, sorğuda iştirak edən rusiyalıların 58%-i əmindir ki, miqrantlar əsasən şəraiti yerli sakinlərə uyğun olmayan vəzifələrdə çalışırlar. Respondentlərin 59%-i miqrant əməyinin işəgötürənlər üçün daha az maliyyətə başa gəldiyini bildirib.

Bundan əvvəl Daxili İşlər Nazirliyi rəhbərinin birinci müavini Aleksandr Qorovoy ölkədə qeyri-qanuni olan miqrantlarla bağlı Rusiyada bir sıra məhdudlaşdırıcı tədbirlərin görüldüyünü açıqlayıb. Məsələn, onlara nikaha daxil olmaq, nəqliyyat vasitələrini idarə etmək, banklardan və Dövlət Xidmətləri portalından istifadə etmək qadağan olunacaq.

Şərhlər

Yaz...