Tarix: 05.10.2024 / 14:47
Rusiya hakimiyyəti indi də qaraçıları    hədəfə alır

Rusiya hakimiyyəti indi də qaraçıları hədəfə alır

Rusiyanın Volqoqrad vilayətində qaraçı ailələrinin başçılarından birinin bəyanatı Rusiya mediasında qalmaqallı reaksiya doğurub.

Diaspora.TV rus mediasına istinadla xəbər verir ki, onlar Rusiya hüquq-mühafizə orqanlarını həmin bəyanata münasibət bildirməyə çağırıb.

Rusiya mediası yazır ki, qalmaqallı bəyanatla çıxış edən qaraçı diaspor nümayəndəsi “Ailə Məcəlləsi”nin varlığını unudaraq 14 yaşına çatmamış qızlarının hamısının məktəbi tərk edərək ailə qurduğunu deyib. Bundan əvvəl bir qrup qaraçı İlovlyada çoxuşaqlı ailəni öldürməklə hədələyibmiş. Bundan sonra yerli administrasiya təcili olaraq Milli siyasət şurası yaradıb.

Şuranın iclaslarının birində qaraçı uşaqlarının təhsili və təlimi məsələsi müəllimlər və diaspor nümayəndələri tərəfindən müzakirə olunub. Rayon rəhbəri İvan Gel qeyd edib ki, bütün uşaqlar ən azı 9-cu sinfi bitirməlidirlər, lakin qaraçılar deyirlər ki, onların uşaqları yalnız 4-cü sinfə qədər oxuyur.

Qaraçı diasporunun iclasda iştirak edən nümayəndəsi buna cavab olaraq bildirib ki, onların qızları adətən 13 yaşında ərə gedirlər, 14 yaşında isə 100 faiz ərə getməlidirlər.

“Nədənsə diaspor nümayəndəsinin bəyanatı naməlum səbəblərdən iclasda iştirak edən rayon rəhbəri, bölgənin hüquq-mühafizə və nəzarət orqanlarının diqqətini cəlb etməyib”, - deyə Rusiya mediası yazır.

Maraqlı və təəccüblü gələn odur ki, qaraçı icmaları əsrlərdir sözügedən daxili qaydaları ilə yaşayırlar. Nə sovet, nə də indiki Rusiya hakimiyyəti illərində dövlət qurumları onların bu həyat tərzinə və adət-ənənələrinə qarışmayıblar və birdən-birə qaraçıların adət-ənənələri hədəfə gəlib. Eyni zamanda diqqəti çəkən məqam odur ki, bu, Rusiya hakimiyyətinin son vaxtlar qeyri-ruslara qarşı aqressiv münasibətinin artdığı və ölkədə rus şovinizminin tüğyan etdiyi bir vaxta təsadüf edir.

Şərhlər

Yaz...