Tarix: 17.08.2024 / 20:28
Rusiya bazarlarında  “miqrant ovu” davam edir

Rusiya bazarlarında “miqrant ovu” davam edir

İrkutskda polis tərəvəz anbarında basqın zamanı on nəfər qeyri-qanuni miqrant yaxalayıb.

Diaspora.TV xəbər verir ki, bu barədə Rusiyanın Daxili İşlər Nazirliyindən məlumat verilib.

İdarədən verilən məlumata görə, hüquq-mühafizə orqanlarının əməkdaşları tərəvəz anbarına basqın zamanı 217 əcnəbini yoxlayıblar. Onların arasında miqrasiya qanunvericiliyini pozan on şəxs aşkar edilərək barələrində inzibati protokollar tərtib edilib.

Qeyd olunur ki, onlardan səkkizinin Rusiyada olmalarının qanuniliyini təsdiq edən sənədləri olmayıb - onların işlərinin materialları əcnəbilərin deportasiyası ilə bağlı qərar qəbul edilməsi üçün məhkəməyə göndərilib. Daha iki nəfər isə yaşayış yeri seçmək qaydasını pozub.

Bundan əvvəl Sankt-Peterburqun topdansatış bazarlarında 100-dən çox qanunsuz miqrant müəyyən edilib. Tədbirlər zamanı 250-yə yaxın hüquq-mühafizə orqanı əməkdaşı 2 mindən çox şəxsi yoxlayıb.

Bundan əvvəl Sankt-Peterburq polisi yüzlərlə əcnəbini leqallaşdıran qeyri-qanuni miqrasiya kanalını bağlamışdı.

Şərhlər

Yaz...