Azərbaycan Rusiyaya 31,2 min ton xurma ixrac edib. 2023-cü ilin yanvar-iyul aylarında bu rəqəm 18,2 min ton olub.
Diaspora.TV Rusiya KİV-nə istinadən xəbər verir ki, Azərbaycan nektarinin Rusiyaya tədarükü də 34,2% artaraq 19 min tona, şaftalını 26,6% artaraq 17,4 min tona, çiyələyi 10,7% artaraq 19,5 min tona, pomidoru isə 9,7% artaraq 116,2 min tona çatıb.
Ümumilikdə, ilin əvvəlindən Azərbaycan Rusiyaya 338,7 min ton meyvə-tərəvəz göndərib.