Tarix: 09.10.2024 / 09:11
Rusiya Azərbaycan və Ermənistanın işlərinə qarışmır    - Peskov

Rusiya Azərbaycan və Ermənistanın işlərinə qarışmır - Peskov

Rusiya Azərbaycan və Ermənistanın işlərinə qarışmır.

Diaspora.TV xəbər verir ki, bunu oktyabrın 8-də Kreml rəsmisi Dmitri Peskov “İzvestiya” müxbirinin sualını cavablandırarkən deyib.

"Müstəqil Dövlətlər Birliyinin (MDB) formatına görə, ölkə liderləri həmişə bir masa arxasında oturur, lakin bu, Moskvanın Bakı və İrəvanın işlərində iştirakı demək deyil. Onlar MDB çərçivəsində bu və ya digər şəkildə dialoqlarını davam etdirirlər. Amma qalanları - ikitərəfli münasibətlər artıq bizim deyil, bu, onların suveren səlahiyyətidir", - deyə Peskov bildirib.

Peskov əlavə edib ki, Rusiya tərəfi hər iki ölkə ilə dialoq aparır:

“Biz Azərbaycanla Rusiya-Azərbaycan münasibətlərini, Ermənistanla isə Rusiya-Ermənistan münasibətlərini müzakirə etdik”.




Şərhlər

Yaz...