Rusiyada federal axtarışa verilən Azərbaycan vətəndaşı Şahin Abbasov saxlanılıb.
Bu barədə Moskva prokurorluğundan açıqlama verilib.
Bildirilib ki, aprelin 17-də Moskvanın Krasnodar küçəsində parklanma yeri üstündə 24 yaşlı yerli sakini bıçaqla öldürməkdə şübhəli bilinən 21 yaşlı Azərbaycan vətəndaşı Şahin Abbasov saxlanılıb.
****
Rusiya Azərbaycan vətəndaşı Şahin Abbasovu federal axtarışa verib.
Diaspora.TV APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin Moskva şəhəri üzrə Baş İstintaq İdarəsi məlumat yayıb.
Bildirilib ki, aprelin 17-də Moskvanın Krasnodar küçəsində parklanma yeri üstündə 24 yaşlı yerli sakini bıçaqla öldürməkdə şübhəli bilinən 21 yaşlı Azərbaycan vətəndaşı Şahin Abbasov federal axtarışa verilib.