Tarix: 07.10.2024 / 14:25
 Rus şovinistləri qafqazlıları hədələdi,    çeçen ombudsman hərəkətə keçdi

Rus şovinistləri qafqazlıları hədələdi, çeçen ombudsman hərəkətə keçdi

Çeçenistan ombudsmanı Mansur Soltayev Rusiya Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və İstintaq Komitəsinin rəhbərliyinə video-müraciət ünvanlayaraq bu ölkədəki “Rus icması” adlı şovinist hərəkatının fəaliyyətinin qanunauyğunluğunun araşdırılmasını tələb edib. Hərəkatın koordinatoru Andrey Afanasyev bildirib ki, təşkilat təhlükəsizlik qüvvələri ilə fəal əməkdaşlıq etdiyi üçün istənilən yoxlamaya hazırdır.

Diaspora.TV Rusiya mediasına istinadla xəbər verir ki, videoda ombudsman bildirib ki, o Şimali Qafqazdan olan şəxslərdən rus şovinistlərinin aktişvləşməsi ilə bağlı çoxsaylı şikayətlər aldığını diqqətə çatdırıb.

Rus şovinistləri tərəfindən incidilən qafqazlıların şikayətlərini ifadə edən hüquq müdafiəçisi "onlar mənə maskalı insanların gəncləri saxladıqları, sənəd tələb etdikləri, nəqliyyatın qarşısını kəsdiklərinə dair video göndəriblər. Yolkəsənlər özlərini "Rus icması" kimi təqdim edirlərmiş", - deyə Ombudsman bildirib.

“Rus icması”nın liderləri Şimali Qafqazdan çıxan şəxsləri cinayətlərdə ittiham edirlər, halbuki Şimali Qafqazda cinayətlərin səviyyəsi digər regionlarla müqayisədə xeyli aşağıdır. Onun sözlərinə görə, mənşəyindən asılı olmayaraq, Rusiya sakinləri bərabər hüquqlara malikdir və “Rus icması”nın fəaliyyəti cəmiyyətdə parçalanma yaradır”, - deyə çeçen ombudsman vurğulayıb.

“Mən istintaq orqanlarından xahiş edirəm, Rusiya Federasiyasının prokurorluğundan, daxili işlər orqanlarından birbaşa xahiş edirəm ki, bu təşkilatlarda qanunsuz hərəkətlər olub-olmaması ilə bağlı xüsusi araşdırma aparıb yoxlasınlar”, - Soltayev əlavə edib.

O, ictimai qurumları və Prezident yanında İnsan Hüquqları Şurasını da bu məsələ ilə bağlı çıxış etməyə çağırıb.

Qeyd edək ki, “Rus icması” şovinist hərəkatının üzvləri Rusiyanın cənub bölgələrində dəfələrlə oxşar fəaliyyətlər həyata keçiriblər. Xüsusilə, iyulun sonunda Korenovskda kürdlərin iştirak etdiyi davada yerli sakinlərdən birinin yaralanmasından sonra 60-a yaxın şovinist hərəkat üzvü yürüş keçirib. Mənbələr yürüşdə “Rus icması”nın üzvlərinin iştirak etdiyini bildirib.

Şərhlər

Yaz...