Tarix: 04.09.2024 / 15:49
 Rus şovinistləri özbək diasporuna     uduzdu

Rus şovinistləri özbək diasporuna uduzdu

Sankt-Peterburq şəhər məhkəməsi birinci instansiyanın qərarını təsdiqləyib və Sankt-Peterburqun sağçı-şovinist siyasətçisi Savva Fedoseyevin bələdiyyə seçkilərində namizəd kimi qeydiyyatının ləğvini qüvvədə saxlayıb. İddianı şəhərin özbək diasporunun lideri, “Vahid Rusiya”nın deputatı və Fedoseyevin seçkilərdəki rəqibi Ravşanbek Kurbanov qaldırıb. İddiaya görə, S.Fedsoyev rus şovinistlərinin Telegram kanallarında qanunsuz təbliğat aparıb, rəqibin fotoşəkillərini icazəsiz yerləşdirib və ekstremist çağırışlar edib. Şikayətdə Savva Fedoseyevin Özbəkistana qarşı nifrət yaydığı, Ravşanbek Kurbanovun milliyətinə görə təhdidlər aldığı bildirilir.

Diaspora.TV rus mediasına istinadla xəbər verir ki, məhkəmənin qərarına görə, Savva Fedoseyevin adı çap olunmuş bülletenlərdən silinəcək və o, seçkilərdə iştirak edə bilməyəcək.

Rus şovinistlərinə bağlı media və sosial şəbəkələrdə apellyasiya məhkəməsinin qərarı qüvvədə saxlanması çox böyük qəzəblə qarşılanıb. Məlumat “Apellyasiya məhkəməsi özbək diasporunun qarşısında dayana bilmədi” balığı ilə dərc olunub.

Qeyd edək ki, Ravşanbek Kurbanov Liteiny Dairəsi bələdiyyəsinin yerli administrasiyasının əməkdaşıdır. Əvvəllər o, bir neçə çağırış “Vahid Rusiya”dan bələdiyyə deputatı olub. 2019-cu ildə o, mandat ala bilməyib. Bundan əlavə, o, Sankt-Peterburq Özbək Milli-Mədəni Muxtariyyəti Şurasının sədridir. İndi o, “Vahid Rusiya” vasitəsilə yenidən bələdiyyəyə girməyi planlaşdırır.

Savva Fedoseyev isə Sankt-Peterburqdakı “Cəmiyyət və Gələcək” təşkilatının lideri, Rusiya Silahlı Qüvvələrinin təchizat üzrə sabiq mütəxəssisidir. Əvvəllər şovinist fəal Sankt-Peterburq Qanunvericilik Məclisinə namizədliyini irəli sürüb və Daçnoe bələdiyyəsində keçirilən əlavə seçkilərdə iştirak edib. Lakin o, nə bələdiyyə məclisinə, nə də qanunvericilik məclisinə düşə bilməyib.

Şərhlər

Yaz...